Müsavat başqanı ALDE-nin qurultayından yazdı

Müsavat başqanı ALDE-nin qurultayından yazdı

03-12-2017 23:31 / Bu xəbər 1895 dəfə oxundu

Müsavat Partiyasının başqanı Arif Hacılı ALDE-nin (Avropa Liberal Demokrat İttifaqı) Hollandiyanın paytaxtı Amsterdamda keçirilən qurultayı ilə bağlı təəssüratlarını yazıb.

 Müsavat başqanı feysbukda paylaşdığı postda qeyd edib: "Səxavət bəylə birlikdə ALDE-nin Amsterdam şəhərində keçirilən 38-ci qurultayında iştirak etdik. 

Nümayəndələr arasında Hollandiya, Estoniya, Sloveniya və başqa ölkələrin baş nazirləri, bütün Avropa ölkələrindən olan dövlət və siyasi xadimlər, Avropa parlamentinin 100- dək üzvü, Avropanın tanınmış jurnalistləri, ictimai xadimləri var. 

Cənubi Qafqaz dəyirmi masasında Azərbaycana aid siyasi, iqtisadi problemlər, Qarabağın işğalının region üçün təhlükəli nəticələri, siyasi məhbuslar, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin prespektivləri və digər məsələrlə bağlı ətraflı çıxış etdim.

ALDE Prezidenti Hans Van Baalen Rusiyanın "Yabloko” təşkilatın sədri Emiliya Slabunova, "Açıq Rusiya” təşkilatının liderlərindən biri Vladimir Kara-Murza, Bolqarıstan "Hüquq və Azadlıqlar” partiyasının sədri Mustafa Karadayı, ALDE vitse-prezidentləri Petras Austrevicius, İlhan Kiçık, ATƏT Varşava bürosunun keçmiş sədri, Almaniya Bundestaqının üzvü, Maykl Link, Avropa Parlamentinin bir çox üzvləri, əksər Avropa ölkələrinin, Ukrayna, Moldova, Gürcüstanın, dövlət və siyasət xadimləri ilə həm görüşlərimiz, həm də kluar söhbətlərimiz oldu.

Bu görüşlərdə də ölkələrimizə aid problemləri, əməkdaşlıq perspektivlərini müzakirə etdik.

Mövcud əlaqələrimizi genişləndirdik, yeni əlaqələr qurduq.

Bu mötəbər tədbirdə iştirakımız Azərbaycan və Müsavat partiyası üçün faydalı oldu”.