Müsavat başqanı Almaniyada səfərdədir

Müsavat başqanı Almaniyada səfərdədir

12-08-2017 22:26 / Bu xəbər 143 dəfə oxundu

Müsavat başqanı Arif Hacılı Almaniyada səfərdədir.

Arqument.Az bastainfo-ya istinadən xəbər verir ki, Müsavat AKM-in(Avropa Koordinasiya Mərkəzi) təşkilatçılığı ilə baş tutan tədbirdə Almaniyanın bir çox əyalət və şəhərlərindən Müsavat başqanı ilə görüşə gələn azərbaycanlılar Arif Hacılını böyük coşqu ilə qarşılayıblar.

Arif Hacılı ilə birlikdə Müsavat Divanının üzvü Razim Əmiraslanlı, Müsavat başqanının xaricdə yaşayan müsavatçılarla iş üzrə müavini Yusif Tağı da Almaniya səfərində iştirak edib.

Müsavat rəhbərliyi Almaniyada yaşayan müsavatçılar və Müsavat Partiyasının üzvü olmayan azərbaycanlılarla da, görüşüb.