Müsavat başqanı həbsdəki gəncləri təbrik etdi

Müsavat başqanı həbsdəki gəncləri təbrik etdi

02-08-2017 10:13 / Bu xəbər 1099 dəfə oxundu

Müsavat Partiyasının başqanı Arif Hacılı siyasi məhbusları - İlkin Rüstəmzadəni və Qiyas İbrahimi təbrik edib. 

Arqument.Az xəbər verir ki, bu barədə Arif Hacılı feysbukda yazıb. 

"İlkin Rüstəmzadə və Qiyas İbrahimin doğum günüdür. Onlara qarşı irəli sürülən ittihamlar, aldıqları həbs müddətləri müxtəlif olsa da həbs olunmalarının səbəbi eynidir. Onlar bizim azadlığımız, cəmiyyətin mənafeləri naminə mübarizə apardəqları üçün məhbəsdədir. İndiki yolsuzluq və azğınlıq dövründə Azərbaycanın gələcəyi üçün fədakarlığa qadir olanların taleyi də oxşardır, - deyə o vurğulayıb. 

Hacılı daha sonra bildirib: "Bu gün sizi haqsız məhkum edənlər quyunun dibində olduğunuzu düşünə bilər, amma siz çoxları üçün əlçatçatmaz olan ucalıqdasınız, zaman keçdikcə daha aydın görünəcək bir zirvədəsiniz".

"Əziz İlkin bəy, Qiyas bəy, sizi, məğrur ailə üzvlərinizi təbrik edirəm. 
Var olun. Tanrı sizi qorusun!”, - təbrikdə deyilir. 

Arqument.Az