Müsavat bəyanat yaydı: "Total basqıdır"

Müsavat bəyanat yaydı:

17-06-2017 00:41 / Bu xəbər 1163 dəfə oxundu

Müsavat Partiyası iyunun 16-da Bastainfo.com saytının baş redaktoru Mustafa hacıbəylinin Baş Prokurorluğa çağırılması ilə bağlı bəyanat yayıb. 

Bəyanatda bildirilir ki, Müsavat Partiyası Mətbuat Departamentinin rəhbəri, "bastainfo.com” saytının baş redaktoru Müstafa Hacibəyliyə Gürcüstanda oğurlanaraq Bakıda həbs edilən jurnalist Əfqan Muxtarlı haqqında yazılan yazılarla bağlı xəbərdarlıq edilib.

"Müsavat Partiyası hesab edir ki, Avropa Parlamentinin bir gün əvvəl qəbul etdiyi "Əfqan Muxtarlı hadisəsi və Azərbaycanda medianın vəziyyətinə dair” qətnamədən dərhal sonra Müstafa Hacibəylinin  baş prokurorun müavini Rüstəm Usubovun yanına çağırılması Müsavat Partiyasına qarşı təzyiq, Azərbaycanda tüğyan edən ifadə azadlığına qarşı total basqının davamıdır. 

Müsavat Partiyası mediaya basqılara, ifadə azadlığına qarşı təzyiqlərə son qoyulmasını, eyni zamanda jurnalist Əfqan Muxtarlının dərhal azad edilməsini hakimiyyətdən bir daha tələb edir", - bəyanatda deyilir. 

Arqument.Az