Müsavat Divanı hansı məsələləri müzakirə etdi?

Müsavat Divanı hansı məsələləri müzakirə etdi?

23-05-2016 16:35 / Bu xəbər 668 dəfə oxundu

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. 

Arqument.Az-a daxil olan məlumata görə, iclasda görülən işlər barədə məlumat verilib. 

Divan üzvü Razim Əmiraslanlı 28 May bayram tədbirinə hazırlıqla bağlı partiya təşkilatlarında keçirilən toplantılar barədə məlumat verib.

Məclisin sədri Nüşabə Sadıxlının partiyanın komissiya sədrlərin ilə keçirdiyi iclas təqdirəlayiq hesab edilib.

Başqan müavini Səxavət Soltanlı mayın 20-22-də Tiflis şəhərində Liberal Demokratlar İttifaqının və Fridrix Nauman fondunun təşkil etdiyi müxtəlif mövzularda keçirilən tədbirlərin əhəmiyyəti barədə danışıb. Divan adından həmin tədbirdə iştirak edənlərə partiyanı və Azərbaycanı layiqincə təmsil etdiklərinə görə təşəkkür elan edilib.

Mayın 24-də saat 11.00-da Ali Məhkəmədə Fərəc və Sirac Kərimli qardaşlarının məhkəmə prosesində iştirak etmək zəruri hesab edilib.

Divan üzvü Nemət Kərimli partiyanın Formula-1 yarışları ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirlər planının layihəsini açıqlayıb.

Divan "heykəl məhbusları” Qiyas İbrahimova və Bayram Məmmədova daxili işlər orqanlarında işgəncə verilməsi faktının araşdırılmasını, günahkarların hüquqi məsuliyyətə cəlb olunmasını tələb edib.

Sonda cari məsələlərə baxılıb. 

Arqument.Az