Müsavat fəalı polisə aparılıb? - Polis təkzib etdi

Müsavat fəalı polisə aparılıb? - Polis təkzib etdi

24-02-2017 00:24 / Bu xəbər 1252 dəfə oxundu

Bu gün Müsavat Partiyası Şəki şəhər təşkilatının Nəzarət Təftiş Komissiyasının üzvü Yusif Qarayev polisə aparılıb.

Bu haqda "Basta”ya Şəki şəhər təşkilatının sədri Bakıxan Qəribli məlumat verib.

"Axşam saat 6-da onu polisə aparıblar. Artıq saat 9-dur, amma hələ buraxılmayıb”, – təşkilat sədri bildirib.

Bakıxan Qəribli hesab edir ki, Yusif Qarayevin polisə aparılmasının səbəbi fevralın 19-da onun evində Müsavatın Divan üzvləri Elman Fəttah və İkram İsrafilin iştitrakı ilə partiyanın zona müşavirəsinin keçirilməsidir.

"Bildiyiniz kimi, bu yaxınlarda qərargahımızı əlimizdən alıblar. Ona görə müşavirəni Yusif Qarayevin evində keçirdik. Ehtimal edirəm ki, onun polisə aparılması bununla bağlıdır”, – Bakıxan Qəribli qeyd edib.

Yerli müsavatçılar bildiriblər ki, Yusif Qarayev saxlanılan zaman onlara zəng edib və sahə müvəkkili tərəfindən polisə aparıldığını deyib. 

Şəki Şəhər Polis İdarəsindən isə Arqument.Az-a bildiriblər ki, gün ərzində idarəyə Yusif Qarayev adlı şəxs gətirilməyib. 
 
Partiyanın yerli təşkilatından bildiriblər ki, hadisə ilə bağlı Daxili İşlər Naziriyinin "102" Xidmətinə də məlumat verilib.