Müsavat mitinqin kütləviliyini təmin etmək üçün qəraralar qəbul etdi

Müsavat mitinqin kütləviliyini təmin etmək üçün qəraralar qəbul etdi

27-03-2018 18:34 / Bu xəbər 899 dəfə oxundu

Müsavat Partiyasının mətbuat Xidmətindən "Basta” ya daxil olan məlumata görə, bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının görülən işlərlə bağlı məlumatı dinlənilib. Başqan müavini Razim Əmiraslanlı Füzuli, İmişli, Ağcabədi və Beyləqan rayon təşkilatlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən zona müşavirəsi haqda Divan üzvlərini məlumatlandırıb.

Daha sonra Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Divan üzvü Elman Fəttah ATƏT-in Müşahidə Missiyasının rəhbərləri ilə  görüşləri  haqqında, həmçinin ATƏT-in uzunmüddətli Müşahidə Missiyasına daxil olan şəxslərlə regionlarda Müsavat Partiyası təmsilçiləri arasında baş tutan görüşlər barədə məlumat veriblər. Divan üzvü Tofiq Yaqublu Amerika səfirliyinin müşaviri ilə keçirdiyi görüş haqqında Divan üzvlərini məlumatlandırıb.

Divanda Müsavat Partiyası və Milli Şuranın təyin etdiyi 31 mart tarixli ümumxalq mitinqi geniş müzakirə olunub. Mitinqin kütləviliyini təmin etmək üçün lazımi qərarların qəbul edilərək, partiya strukturlarına çatdırılması tapşırılıb.

"Cümhuriyyət-100” tədbirləri haqda başqan müavini Fərəc Kərimli Cümhuriyyət-100 futbol çempionatının  gedişi haqda məlumat verib.

Eyni zamanda Müsavat Partiyasının "Cümhuriyyət-100” tədbirləri çərçivəsində keçirəcəyi açıq şahmat turnirinə aprel ayının 15-də start verilməsi barədə qərar edilib.

Divan iclasında dünyada gedən son siyasi proseslər xüsusi müzakirə edilib.

Sonda cari məsələlərə baxılıb.