Müsavat müşavirəyə hazırlaşır

Müsavat müşavirəyə hazırlaşır

09-01-2017 16:57 / Bu xəbər 435 dəfə oxundu

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Görülən işlər və qərarların icrası barədə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının məlumatı dinlənilib.

Partiyadaxili məsələlərin müzakirəsində rayon təşkilatlarının hesabat-seçki yığıncaqlarının Nizamnamə təqvimi üzrə icra vəziyyəti müzakirə olunub. Bir sıra texniki-təşkilati işlərin təşkili haqqında fikir mübadiləsi aparılıb, Təşkilat Departamentinə müvafiq tapşırıqlar verilib.

Yanvar ayının 14-də partiya fəallarının Respublika müşavirəsinə hazırlıq işləri müzakirə olunub.

Divan ölkədəki ictimai-siyasi vəziyyəti də geniş müzakirə edib. Keçmiş iş adamı, ictimai fəal Nicat İbrahimin ölüm aclığını dayandırması onun səhhəti baxımından müsbət hal kimi qiymətləndirilib və Nicat İbrahimin haqlı tələblərinin yerinə yetirilməsi hakimiyyətdən tələb edilib.

"Nardaran işi” məhkəməsinin gedişatı müzakirə olunub. Məhkəmənin bu gün müdafiə çıxışları ilə davam etdiyi haqda məlumat dinlənilib. Dövlət ittihamçısının təqsirləndirilən şəxslərə qarşı ən sərt cəza, hətta ömürlük həbs istəməsini Divan hakimiyyətin bu məhkəmə prosesinə qərəzli yanaşmasının göstəricisi kimi qiymətləndirib.

Arqument.Az