Müsavat Partiyası seçkidə iştirak etməyəcək

Müsavat Partiyası seçkidə iştirak etməyəcək

10-02-2018 18:50 / Bu xəbər 2499 dəfə oxundu

Partiyanın Məclisi qərar verdi

Müsavat Partiyasının Məclisi fevralın 10-da növbəti toplantısını keçirib.

Ali Məclis 11 aprel prezident seçkisində iştirak etməmək haqda qərar qəbul edib.

Partiyadan verilən məlumata görə, 81 məclis üzvündən 6 nəfər bitərəf qalıb, 12 nəfər isə qərarın əleyhinə səs verib.

1911-ci ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaradılan Müsavat Partiyası 1918-ci il mayın 28-də Tiflisdə bir neçə azsaylı partiya ilə birgə Azərbaycan istiqlalını elan edib. 
Yaradılan Milli Şuranın sədrliyinə isə partiyanın sədri M.Ə. Rəsulzadə seçilib.

1919-cu ildə partiyanın ikinci qurultayı keçirilib.

1920-ci ilin aprelində Azərbaycan işğal olunduqdan sonra Müsavat Partiyası gizli mübarizəyə başlayır.

1936-cı ilin avqustunda Müsavat Partiyasının konfransında Partiyanın "Yeni Proqram Əsasları" qəbul edilir.

1991-ci ilin iyununda Müsavatın qurultayında Nəsib Nəsibzadə Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilir.

1992-ci ildə Müsavatın bərpa mərkəzi yaradılır.

1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilir və İsa Qəmbər Partiyanın 5-ci başqanı seçilir.

Partiyanın2014-cü ildə keçirilən qurultayında Arif Hacılı 6-cı başqan seçilib.

Müsavat Partiyası 2003-cü il prezident seçkisində İsa Qəmbərin, 2013-cü ildə isə Cəmil Həsənlinin namizədliyi ilə qatılıb.

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkisi keçiriləcək. Bu barədə prezident İlham Əliyev fevralın 5-də sərəncam imzalayıb.