Müsavat Partiyasının başqan müavini azadlığa çıxdı

Müsavat Partiyasının başqan müavini azadlığa çıxdı

27-11-2019 15:05 / Bu xəbər 914 dəfə oxundu

Müsavat Partiyasının başqan müavini, Divan üzvü Razim Əmiraslanlı azadlığa çıxıb.

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı məlumat verib.

Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı noyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsinin qərarı əsasında həbs edilib.

O, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə 15 sutka inzibati həbsə məhkum edilib.