Müsavat Partiyasının qərargah-mənzilində beş fəal aclığı davam etdirir

Müsavat Partiyasının qərargah-mənzilində beş fəal aclığı davam etdirir

18-01-2019 18:02 / Bu xəbər 1107 dəfə oxundu

Müsavat Partiyasının qərargah-mənzilində "Mehman Hüseynova və bütün digər siyasi məhbuslara azadlıq!" tələbi ilə aclıq aksiyası davam edir.

Aksiya iştirakçısı, araşdırmaçı jurnalist Xədicə İsmayılovanın Turan-ın müxbirinə verdiyi məlumata görə, ondan başqa daha 4 nəfər: fəal Aygül Cəfərova, Zəfər Əhmədov (siyasi məhbus Fuad Əhmədlinin atası), Rafiq Baxışov (siyasi məhbus Orxan Baxışlının atası) və Rövşən Niftalızadə aksiyanı davam etdirir.

İsmayılovanın sözlərinə görə, aksiyaya yanvarın 15-də qoşulmuş iştirakçıların səhhətində hələlik hər hansı ağırlaşma halları yoxdur.

Xatırladaq ki, aksiya dekabrın 26-da irəli sürülmüş yeni cəzaçəkmə müəssisəsinin əməkdaşını döymə ittihamına etiraz olaraq aclıq elan edən bloger Mehman Hüseynovla həmrəylik əlaməti olaraq keçirilir.