Müsavatda "Cümhuriyyət Parlamenti – 100" bayram tədbiri keçirilib

Müsavatda

07-12-2018 17:56 / Bu xəbər 1213 dəfə oxundu

Bu gün Müsavat Partiyasınn mərkəzi qərargahında Cümhuriyyət Parlamentinin yüz illiyi ilə əlaqədar bayram tədbiri keçirilib.

Bu barədə partiyann mətbuat xidməti məlumat yayıb. 

Tədbirdə Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Milli Şuranın sədri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Həsənli, REAL-ın sədr müavini Natiq Cəfərli, istiqlalçı millət vəkilləri, ziyalılar, vətəndaş cəmiyyətinin üzvləri və siyasi aktivlər iştirak ediblər.  

Azərbaycan Parlamenti 1918 il dekabrın 7-də saat 13.00-da H.Z.Tağıyevin qız-məktəbinin binasında – indiki Füzuli adına Əlyazmalar İnsitutunun yerləşdiyi məkanda açılıb.  

Azərbaycan Milli Şurasının 1918 il 19 noyabr tarixli qanununa əsasən, parlamentdə ölkə ərazisində yaşayan bütün xalqlar, hətta sayca çox az olduqlarına görə parlament seçkilərində iştirak etmək hüququ olmayan xalqlar da təmsil olundular.  

Parlamentin açılışında öncə Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söyləyib. 

"Müsavat” fraksiyasının təklifi ilə bu zaman səfərdə olan Əlimərdan bəy Topçubaşov qiyabi olaraq parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib.