Müsavatda Könül Turan Türk anıldı

Müsavatda Könül Turan Türk anıldı

17-11-2016 18:51 / Bu xəbər 2149 dəfə oxundu

Bu gün Müsavat Partiyasının qərargahında azadlıq mücahidi, mərhum müsavatçı Könül Turan Türkün anıt mərasimi keçirildi.

Müsavat Qadınlar Birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Divan üzvləri Alya Yaqublu və Vəfa Cümşüdlü, Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, MNTK sədri Sevinc Hüseynova, Xaçmaz təşkilatının sədri Heybət Əmrah, MGT sədri Əbülfəz Sadıxbəyli, "Basta”nın baş redaktoru Mustafa Hacıbəyli və yazıçı Mehriban Vəzir çıxış etdilər.

Çıxışlarda Könül Turan Türkün keçdiyi mübarizə yolu, məruz qaldığı təqiblər və onun nümayiş etdirdiyi dönməzlik nümunəsindən bəhz edildi.

Tədbirdə Könül Turan Türkə həsr olunan film nümayiş olundu.

Anıt mərasimində mərhum müsavatçının oğlu Eltac Turan Türk də iştirak edirdi. Eltac anasının xəstə olduğu dövrdə onun yanında olan, eləcədə ona yüksək dəyər verən bütün müsavatçılara və partiya rəhbərliyinə təşəkkürünü bildirdi.

Könül Turan Türk (Mirzəyeva) uzun sürən xəstəlikdən sonra vaxtsız vəfat edib.

Könül Mirzəyeva 1976-cı ildə Xaçmaz rayonunda anadan olub. Gənc yaşlarından Azərbaycanın demokratikləşməsi uğrunda mübarizəyə qoşulub. Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının sədr müavini, partiyanın Qadınlar Birliyinin şura üzvü, birliyin Xacmaz təşkilatının sədri olub.

2014-cü ildən Müsavat Partiyasının Məclis üzvü idi.  

Könül Mirzəyeva siyasi fəaliyyətinə görə daim təqib olunub, 2003-cü ilin prezident seçkiləri dövründə qanunsuz həbsə və dəhşətli işgəncələrə məruz qalıb.

Könül Mirzəyeva dönməz demokrat idi. Müsavat Partiyasının üzvü kimi partiyanın güclənməsində və müsavatçılıq ideologiyasının yayılmasında da böyük rolu olub.

Könül Mirzəyevanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin! 


 

Elçin Hidayət, Mehman Kamran, Mustafa Hacıbəyli 

Bastainfo.com