Müsavatda soyqırımı qurbanları ilə bağlı toplantı

Müsavatda soyqırımı qurbanları ilə bağlı toplantı

30-03-2018 23:35 / Bu xəbər 2205 dəfə oxundu

Martın 30-da Müsavat Partiyası 31 Mart soyqırımının anım gününü keçirib. 

Tədbirdə  Müsavat başqanı Arif Hacılı çıxış edib.

O, son illər Mart soyqırımı qurbanlarının az qala unudulduğunu vurğulayıb. 
 
Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli azərbaycanılların kütləvi soyqırımına məruz qalmasının əsas iştirakçıları kimi Bakı soveti və erməni-daşnak qüvələrinin adlarını qeyd edib.
 
O bildirib ki, həmin ərəfədə daşnakların 7, Bakı Sovetinin də 2 min canlı qüvvəsi olub və bunlar hadisələrin törədilməsində bilavasitə iştirak ediblər. 

Müsavat Partiyası Divanın üzvü Elman Fəttah çıxışı zamanı soyqırımının siyasi-hüquqi tərəfləri barədə danışıb.

Tədbirdə siyasətçi və ictimai xadimlər çıxış ediblər. 

Toplantı iştirakçıları yekdilliklə 1918-ci il 31 Mart soyqırımına abidə qoyulması təklifini səsləndiriblər.