Müsavatda Tofiq Qasımovun anım tədbiri keçiriləcək

Müsavatda Tofiq Qasımovun anım tədbiri keçiriləcək

29-01-2020 18:17 / Bu xəbər 666 dəfə oxundu

Fevralın 3-də saat 15:00-da Müsavat Partiyasının qərargahında Azərbaycanın sabiq xarici işlər naziri, istiqlalçı millət vəkili, Müsavat Partiyasının üzvü Tofiq Qasımovun anım tədbiri keçiriləcək.

Bu haqda "Basta”ya Müsavat başqanı Arif Hacılı məlumat verib.

"Tofiq Qasımov yanvarın 26-da İsveçrədə vəfat edib. Təəssüf ki, ailəsi bu barədə gec məlumat verib. Ayın 27-də Tofiq Qasımov İsveçrədə dəfn edilib. Onun yaxın dostlarından biri, Müsavat Partiyasının üzvü Mirbaba Babayev bu gün xəbər tutub ki, Tofiq Qasdımov vəfat edib. Bu, təkcə Müsavat Partiyası üçün yox, bütövlükdə Azərbaycan üçün böyük itkidir. Ona görə də biz, Tofiq Qasımovun xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra tədbirlər planlaşdırıb həyata keçirəcəyik”, – deyə Arif Hacılı bildirib.