Müsavatdan xalqa seçkilərlə bağlı çağırış

Müsavatdan xalqa seçkilərlə bağlı çağırış

09-04-2018 21:15 / Bu xəbər 862 dəfə oxundu

Müsavat Partiyası 11 apreldə keçiriləcək növbədənkənar seçkilərlə bağlı xalqa müraciət edib. 

Bu barədə Arqument.Az-a partiyadan məlumat verilib. 

Məlumata görə, partiya Divanı xalqı "seçki oyununda” iştirak etməməyə çağırıb. 

Divanda 14 aprel, saat 15:00-da "Məhsul” stadionunda keçiriləcək müxalifətin birgə mitinqinə hazırlıq məsələləri də müzakirə edilib.

Bundan başqa, Cümhuriyyətin 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərlə bağlı hazırlıqlar diqqətə çatdırılıb. 

Bu məqsədlə keçirilən yarış və müsabiqələr müzakirə edilib.

Almaniyada, Ankarada, Tbilisidə və Bakıda keçiriləcək tədbirlər barədə qərarlar qəbul edilib.

Divan iclasında dünyada gedən son siyasi proseslər xüsusi müzakirə edilib.

Arqument.Az