Müsavatçılar Rəsulzadəni ziyarət etdilər

Müsavatçılar Rəsulzadəni ziyarət etdilər

25-05-2018 11:55 / Bu xəbər 2403 dəfə oxundu

Mayın 24-də Müsavat Partiyasının rəhbərliyi Türkiyənin paytaxtı Ankarada Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət ediblər.

Müsavatçılar Rəsulzadənin məzarı önünə əklil qoyub, Azərbaycanın himnini oxuyublar.

Tədbirdə Azərbaycan Kültür Dərnəyinin rəhbəri, Rəsulzadənin silahdaşı Cəmil Ünal, Müsavat başqanı Arif Hacılı, Məclis sədri Nüşabə Sadıxlı, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Müsavat başqanının müavini Səxavət Soltanlı və Fərəc Kərimli, Divan üzvləri Yadigar Sadıqov, Tofiq Yaqublu, Vəfa Cümşüdlü, Alya Yaqublu, Elman Fəttah, partiyanın gənclər təşkilatının sədri Əbülfəz Sadiqbəyli, Türkiyə diasporasının nümayəndələri Xanım Xəlilova və jurnalist Könül Şamilqızı, Hollandiya diasporasının nümayəndəsi İsa Yusibov və partiyanın bir qrup fəalı iştirak ediblər.

Ramin