Müsavatın ALDE-nin Konqresinə təqdim etdiyi qətnamə layihəsi qəbul olunub

Müsavatın ALDE-nin Konqresinə təqdim etdiyi qətnamə layihəsi qəbul olunub

26-10-2019 16:03 / Bu xəbər 790 dəfə oxundu

Müsavat rəhbərliyinin ALDE Konqresinə təqdim etdiyi qətnamə layihəsi qəbul olunub. 

Bu barədə Konqresdə iştirak edən partiya başqanı Arif Hacılı məlumat yayıb.

"Avropa Parlamentində 109 deputatla təmsil olunan ALDE-nin Afinada keçirilən 40-cı Konqresində Azərbaycanla bağlı müzakirələr yekunlaşdı. Təqdim etdiyimiz qətnamə yekdilliklə qəbul olundu”, - Arif Hacılı bildirib.

Qətnamədə Bakıda oktyabrın 19-da keçirilən dinc aksiyasının zorakılıqla dağıdılması pislənilir, Azərbaycanda fundamental azadlıqların, o cümlədən sərbəst toplaşmaq azadlığının təmin olunması tələb edilir.

Sənəddə hakimiyyətdən 19 oktyabrda həbs edilən AXCP və Müsavat üzvlərinin, həmçinin bütün siyasi məhbusların azadlığa buraxılması tələb edilir.

ALDE-nin Konqressinə təqdim olunan qətnamə layihəsi


Qeyd edək ki, Musavat Partiyasının başqanı Arif Hacılı və onun müavini Səxavət Soltanlı ALDE-nin Afinada keçirilən Konqresində iştirak edirlər.

ALDE Avropanın liberal yönümlü siyasi partiyalarının transmilli ittifaqıdır. Bu ittifaq Avropa Parlamentində, Avropa Şurası Parlament Assambleyasında və NATO-nun Parlament Assambleyasında təmsil olunub.

ALDE Avropa Parlamentinin 3 əsas fraksiyasından biridir və AP-yə son seçkilərdə ən çox uğur qazanan təşkilat olaraq bu qurumda yerlərini daha 38 nəfər artırıb. 

Müsavat Partiyası 2006-cı ildən ALDE-nin üzvüdür.

Bastainfo.com