Müsavatın Lənkəran təşkilatının sədri polisə çağırıldı

Müsavatın Lənkəran təşkilatının sədri polisə çağırıldı

28-11-2017 16:38 / Bu xəbər 2036 dəfə oxundu

Bu gün Müsavat Partiyasının Lənkəran təşkilatının sədri İman Əliyev polisə çağırılıb. 

Bu haqda Müsavat başqanının müavini Yadigar Sadıqov feysbukda məlumat verib: "Liman şəhər polisinə çağrılmışdı. Polis rəisini Lənkərana çağırdıqları üçün görüş yarımçıq qalıb. Çağırışa səbəb Liman icra hakimiyyəti başçısının keçirdiyimiz yığıncaqla bağlı polisə şikayət etməsi olub”. 

Noyabrın 26-da Müsavatın Lənkəran təşkilatında Gizli səsvermənin nəticələrinə görə İmanverdi Əliyev yenidən təşkilatın sədri seçilib.