Müsavatın piketinə razılıq verilməyib
15-07-2019 18:52 / Bu xəbər 959 dəfə oxundu
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının Gənclər Komitəsinin piketinə razılıq verməyib.
Bu barədə Müsavat Partiyasının Gənclər Təşkilatı feysbukda məlumat yayıb.
Məlumata görə, aksiya İranla Ermənistanın birgə silah istehsalına qarşı keçirilməli idi. Amma BŞİH gənclərə etirazla bağlı İran səfirliyinə yazılı şəkildə müraciəti tövsiyə edib.
Partiya bunu sərbəst toplaşma hüququnun pozulması kimi qiymətləndirib. Həmçinin Azərbaycan hakimiyyərtindən İranla Ermənistanın birgə silah istehsalına münasibət bildirməsini tələb edib