Müsavatın qurultayına "İnqilab"da yer verildi

Müsavatın qurultayına

07-10-2019 14:06 / Bu xəbər 1628 dəfə oxundu

Müsavat Partiyasının IX qurultayının keçiriləcəyi məkan məlum olub. 

Bakı Şəhər İcra Hakimiyyətinin partiyaya verdiyi cavabda qeyd edilir ki, qurum qurultayın 7-ci mikrorayonda yerləşən "Büllur” şadlıq sarayında (keçmiş "İnqilab” kinoteatrı) keçirilməsinə etiraz etmir.

Qeyd edək ki, Müsavat Partiyasının qurultayı oktyabrın 12-də keçiriləcək. 

Qurultaya hazırlıq üzrə təşkilat komitəsindən verilən məlumata görə, qurultay nümayəndələrinin qeydiyyatı saat 9:00-da başlayacaq.///Basta