Müsavatçının anası polisə aparıldı, özü həbs edildi

Müsavatçının anası polisə aparıldı, özü həbs edildi

22-05-2018 16:20 / Bu xəbər 2282 dəfə oxundu

Müsavat Partiyası Xətai rayon təşkilatınım sədr müavini, keçmiş siyasi məhbus Elvin Abdullayev həbs edilib. 

Bu haqda "Basta”ya Müsavat başqanının müavini Fərəc Kərimli məlumat verib.

Bildirilir ki, bu gün bir qrup polis əməkdaşı Elvin Abdullayevin evinə gedərək, onun anasını 36-cı polis bölməsinə aparıb. 

Polisin gəldiyi vaxt evdə olmayan Elvin Abdullayev özü anasının saxlandığını bildikdən sonra bölməyə gedib gedib. 

Anası sərbəst buraxılsa da, Elvin Abdullayev saxlanılıb.

Bir neçə saat bölmədə saxlanılan Elvin Abdullayev saat 16 radələrində Xətai Rayon Məhkəməsinə aparılıb.

Onun sosial şəbəkədəki yazılarına görə həbs edildiyi ehtimal olunur.