MSDM “Azərbaycan bu gün: təhlükələr və imkanlar” mövzusunda toplantı keçirəcək

MSDM “Azərbaycan bu gün: təhlükələr və imkanlar” mövzusunda toplantı keçirəcək

19-09-2018 00:23 / Bu xəbər 2221 dəfə oxundu

Sentyabrın 18-də Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) növbəti toplantısı keçirilib. 

Bu barədə MSDM sədri İsa Qəmbər məlumat yayıb.

"Gündəlikdə olan mövzulara keçməzdən əvvəl qeyd edildi ki, 18 sentyabr görkəmli Azərbaycan mütəfəkkiri Üzeyir Hacıbəylinin doğum günüdür və Cümhuriyyətin 100-cü ildönümündə bu böyük şəxsiyyətin xatırlanması, fəaliyyətinin qeyd edilməsi, xidmətlərinin qiymətləndirilməsi təbii və zəruridir.

Daha sonra toplantıda iştirak edən MSDM üzvləri ölkədə, regionda və dünyada gedən prosessləri dəyərləndirdilər. Xüsusən Qarabağ mövzusu, Rusiya təhlükəsi və ölkə iqtidarının yanlış, ziyanlı addımları diqqət mərkəzində oldu. Toplantı iştirakçıları qərara gəldilər ki, yaxın günlərdə "Azərbaycan bu gün: təhlükələr və imkanlar” şərti adı altında ictimaiyyətə açıq tədbir keçirilsin və bu mövzu geniş təhlil edilərək cəmiyyətə təqdim edilsin" - İ. Qəmbər bildirib.