Müsəlman şərqində ilk Respublika necə yarandı?

Müsəlman şərqində ilk Respublika necə yarandı?

27-05-2018 13:44 / Bu xəbər 3196 dəfə oxundu

I Dünya Müharibəsi nəticəsində Rusiyada Çar hakimiyyətinə son qoyuldu.

1917-ci ildə Cənubi Qafqazda Zaqafqaziya Komissarlığı adlı yerli hökumət quruldu.

Komissarlıq qanunverici orqan olan Zaqafqaziya Seyminin çağırılması haqqında qərar qəbul etdi.

Gürcüstan Seymdən çıxaraq müstəqilliyini elan etdi.

28 mayda Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etdi.

Hökumət 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçdü.

Azərbaycan Milli Ordusu yaradıldı.

Türk dili dövlət dili elan olundu.

1918-ci il 15 sentyabrda Qafqaz İslam Ordusu Bakı şəhərini azad etdi.

Həmin ilin 7 dekabrında Azərbaycan Parlamenti açıldı.

Azərbaycanın müstəqilliyi 1920-ci ildə Paris Sülh konfransında de-fakto tanındı.

Cinsindən, irqindən, milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, 20 yaşına çatmış şəxslərə səsvermə hüququ verildi.

Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul edildi.

100 nəfər tələbə xaricdə oxumağa göndərildi.

Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərdi.

XI Qızıl Ordu 1920-ci il aprelin 26-da Azərbaycan sərhədlərini keçdi.

Hakimiyyəti 2 saat ərzində hələ mövcud olmayan Azərbaycan Sovet hökumətinə təhvil vermək ultimatumunu göndərdi.

Rəsulzadə təklif etdi ki, tarixi qərar millətdən xəbərsiz verilməsin, Parlamentin qapısı açıq qoyulsun. Onun təklifi qəbul edildi.

27 aprel axşam saat 11-də Parlament hakimiyyətin bolşeviklərə təhvil verilməsini qəbul etdi.

Mərhum tarixçi Ziya Bünyadov həmin hadisələri bu cür şərh edirdi: " Bəziləri deyirdi, hətta rəsmi tarixlərdə yazırdılar ki, Bakı proletariatının üsyanı nəticəsində XI Ordu guya yerli camaatın istəyi ilə bura gəldi. Elə deyil axı... Məsələ burasındadır ki, əksinə burada XI Qızıl Ordunun əleyhinə üsyan olmuşdu. 28 aprel işğaldır, istiladır”.///Meydan.tv