Murad Köhnəqala həbs olundu

Murad Köhnəqala həbs olundu

12-06-2019 16:15 / Bu xəbər 941 dəfə oxundu

Tovuz Rayon Məhkəməsi tanınmış şair Murad Köhnəqalanın 15 günlük həbs edilməsi ilə bağlı qərar qəbul edib.  

Bu barədə həyat yoldaşı Şəlalə Göytürk məlumat yayıb. 

Onun sözlərinə görə, buna səbəb M.Köhnəqalanın keçmiş həyat yoldaşının ona qarşı açdığı 12 min manatlıq aliment mübahisəsidir.

M.Köhnəqala heç bir yerdə işləmir və adına heç bir əmlak yoxdur.