Musa Pənahovun və oğlunun Avropada biznesi - FOTOLAR

Musa Pənahovun və oğlunun Avropada biznesi - FOTOLAR

26-09-2019 20:04 / Bu xəbər 4589 dəfə oxundu

"Moldovanın sabiq prezidenti Voroninin nəvəsi ilə ailə quran Fuad Pənahov 9 ildən bəri Avstriyada fəaliyyət göstərən DanGas GMBH ticarət şirkətinin sahibidir". 

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

O bildirib ki, hazırda Nazirlər Kabinetində Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini olan Musa Pənahovun oğlu bu şirkəti 2010-cu ilin iyulun 6-da Vyana ədliyyəsində 35 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. 

"Şirkət Vyanada, Tiefen Graben 12/17 ünvanında fəaliyyət göstərir. O zaman Musa Pənahov nəqliyyat nazirinin müavini idi və Azərbaycan tərəfdən Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin icrasına rəhbərlik edirdi. Fuad Pənahov hazırda İqtisadiyyat Nazirliyinin nəzdindəki "Sumqayıt Kimya Sənaye Parkı”nın direktor müavinidir", - jurnlait bildirib.

Jurnalist qeyd edib ki, onun həyat yoldaşı Yekaterina Pənahova isə Moldovada Voroninin ailə şirkətlərində, o cümlədən Kişinyovdakı "Medazur" SPA mərkəzinə və bu ölkənin iri banklarından olan FinComBank-da 1285 səhmlə (0.11%) iştirak payına sahibdir: "Musa Pənahovun digər oğlu Kənan Pənahov isə əvvəllər Maliyyə Nazirliyində çalışıb və İngiltərə vətəndaşlığı alaraq Londona köçüb. PIMAGRO LLC-nin ortaqlarından biridir".