Müxalifət Cümhuriyyətin 100 illiyini birgə qeyd etdi

Müxalifət Cümhuriyyətin 100 illiyini birgə qeyd etdi

28-05-2018 01:35 / Bu xəbər 3002 dəfə oxundu

Mayın 27-də Bakıdakı Səttar Bəhlulzadə adına mədəniyyət sarayında Azərbayca Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bayram toplantısı keçirilib.

Müsavat Partiyasının təşkilatçılığı ilə baş tutan  toplantıda partiya sədrləri, istiqlalçı millət vəkilləri, tanınmış ziyalılar və media təmsilçiləri, müxalifət fəalları iştirak ediblər.

Tədbirdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Milli Şuranın sədri Cəmil Həsənli, KXCP sədri Mirmahmud Mirəlioğlu, AXCP sədri Əli Kərimli, Real Partiyasının təmsilçisi Natiq Cəfərli, VHP sədri Sabir Rüstəmxanlı, Nida Vətəndaş Hərəkatının idarə heyyətinin üzvü Rəhman Məmmədli, keçmiş baş nazir Pənah Hüseyn, istiqlalçı millət vəkilləri İsgəndər Həmidov və Hacıbaba Əzimov, Məhəmmədəmin Rəsulzadə irsinin araşdırıcıları Yasəmən Qaraqoyunlu, Aydın Əlizadə, Nəcibə Bağırzadə və digərləri çıxış ediblər.

Çıxışlarda Məhəməmədəmin Rəsulzadə və onun silahdaşlarının xalq qarşısında xidmətlərinin əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyətin şərəfli tarixi və indiki iqtidarın buna qısqanc münasibəti, ölkədə cümhuriyyət dəyərlərinin tapdalanması, demokratik düşərgənin Cümhuriyyətin 100 illiyi münasibəti ilə gördüyü işlər və düşərgənin qarşısında duran vəzifələrdən bəhs edilib.///bastainfo.com