Müxalifətin birgə mitinqi niyə baş tutmadı?

Müxalifətin birgə mitinqi niyə baş tutmadı?

30-03-2017 00:44 / Bu xəbər 2377 dəfə oxundu

Müxalifətin birlikdə mitinq keçirməməsi cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Məsələyə aydınlıq gətirməyə çalışan Müsavat başqanının müavini Fərəc Kərimli öz "facebook" profilində aşağıdakıları yazıb:

"Martın 17-də Müsavat başqanı Arif Hacılı partiya rəhbərliyini təcili iclasa çağırdı ki, vacib bir məsələdə qərar vermək lazımdır. İclas başlayanda Arif bəy iclas iştirakçılarını məlumatlandırdı ki, Mehman Hüseynovun qardaşı Emin Hüseynov Müsavat, AXCP, NİDA, REAL və bəzi müstəqil şəxslərin də iştirakı ilə "Mehman Hüseynov və digər siyasi məhbuslara azadlıq” şüarı ilə mitinq keçirməyi təklif edir və Müsavatın münasibətini bilmək istəyir. Digər təşkilatlarla da danışıqları özü apardığını bildirib. Müzakirələrdən sonra Müsavat başqanı Arif Hacılı Emin bəyə "Siyasi məhbuslara azadlıq” şüarı ilə digər müxalifət təşkilatları ilə mitinq keçirməyə Müsavatın müsbət yanaşdığını dedi. Bütün müxalif qüvvələrin bir arada mitinq keçirməsinin də cəmiyyətə yeni ruh verəcəyini bildirdi. Qısacası onu deyim ki, Emin bəy digər təşkilatlarla danışdıqdan sonra heç kimin birlikdə mitinq keçirməyə razı olmadığını bildirdi.

Bundan sonra Müsavatın təkbaşına mitinq keçirmək ehtimalını nəzərə alaraq bəzi Milli Şura rəhbərləri mitinq anonsu verməyə başladı. Bu məsələni Müsavat Divanı bayramdan sonra (27 mart) bir daha müzakirə etdi və Divanın məlumatında "Müsavatda mitinq müzakirəsi davam edir” deyə məlumat getdi. Hörmətli Əli Kərimli də Müsavatın təkbaşına mitinq keçirəcəyini düşünüb 1-2 saat sonra facebook səhifəsində mitinq sorğusu keçirməyə başladı. Bu gün də mitinq keçirəcəklərini açıqladı. Uğurlar arzulayıram. Amma, xahiş edirəm heç kim müxalifət niyə birlikdə mitinq keçirmir sualı ilə üzünü Müsavata tərəf tutmasın.”

bastainfo.com