Nadir Qarayev Samir Şərifovu MTN-ə satıb?

Nadir Qarayev Samir Şərifovu MTN-ə satıb?

19-01-2018 18:45 / Bu xəbər 4479 dəfə oxundu

1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin adı Eldar Mahmudov və Akif Çovdarovla əməkdaşlıqda hallanır.

Bu barədə Rubrika.Az saytı məlumat yayıb. 

Sayt yazır ki, Azər Bayramovun cəhdlərinə baxmayaraq Nadir Qarayevin Dövlət Xəzinədarlığı Agentliyinin baş direktoru vəzifəsinə sahiblənə bilməməsinin əsas səbələri "MTN işi” ilə bağlıdır. 

Yazıda qeyd olunur: "Nadir Qarayev Akif Çovdarovun cinayət işində təqsirləndirilən tərəf olaraq dindirilib və bu səbəbdən də o, Samir Şərifovun yanında etimadını itirib. Bir neçə gün əvvəl ölkə mətbuatında Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin Dövlət Xəzinadarlıq Agentliyinin rəhbəri olmaq uğrunda mübarizəyə başlaması barədə məlumat dərc olunmuşdu. Lakin hansısa sehirli bir çubuq sonradan həmin yazını internet resurslardan yoxa çıxardı. Xatırladaq ki, həmin yazıda Nadir Qarayevin Dövlət Xəzinadarlıq Agentliyinin baş direktoru Elman Piriyevə qarşı mübarizəyə başlaması barədə məlumatlar yer almışdı. Həmin məlumatlarda bildirilirdi ki, 2015-ci ildə boşalan Dövlət Xəzinadarlqı Agentliyinin baş direktoru vəzifəsi uğrunda mübarizəyə ilk qoşulan məhz Nadir Qarayev olub. 

İdarə rəisinin baş direktorluq uğrunda mübarizəsində isə əsas himayəçisi və dəstəkçisi Maliyyə nazirinin müavini Azər Bayramov vasitəsi ilə çoxdan arzuladığı bu vəzifəni əldə etməyə çalışıb. Lakin gözləntilərin əksinə olaraq nazir Samir Şərifov Nadir Qarayevin çoxsaylı çabalarına baxmayaraq onun arzusunun üstündən müvəqqətidə olsa, xətt çəkb. Nazir Dövlət Xəzinədarlığı Agentliyinin baş direktoru vəzifəsinə özünə yaxın olan Elman Piriyevi təyin edib.

Məsələ ilə bağlı saytımıza daxil olan yeni məlumatlar isə doğurdan da ilgincir. Belə ki, Dövlət Xəzinədarlıq Agentliyində çalışdığını bildirən və adını açıqlamayan mənbənin saytımıza bildirdiyinə görə Azər Bayramovun cəhdlərinə baxmayaraq Nadir Qarayevin Dövlət Xəzinədarlığı Agentliyinin baş direktoru vəzifəsinə sahiblənə bilməməsinin əsas səbələri "MTN işi” ilə bağlıdır. 

Mənbənin bildirdiyinə görə Nadir Qarayev Akif Çovdarovun cinayət işində təqsirləndirilən tərəf olaraq dindirilib və bu səbəbdən də o, Samir Şrifovun yanında etimadını itirib.

Rubrika.az 10may.az-a istinadla bildirir ki, bununla bağlı istitaq sirrindən kənar bəzi detalları da açıqlaya biləcəyin bildirən mənbənin sözlərinə görə Nadir Qayrayevin istitaqa cəlb olunması Samir Şərifovun karyerasını ciddi şəkildə təhlükə altına atıb. Qeyd edək ki, bu barədə daha ətraflı növbəti yazımızda məlumat verəcəyik.

Mənbə bildirib ki, Rabitə və Texnologiyalar nazirliyinin keçmiş aparat rəhbəri, hazırda isə dövlət əmlakının mənimsənilməsinə görə həbs edilən Vidadi Zeynalov Nadir Qarayevlə yaxın dost olublar. Elə Nadir Qarayevi Akif Çovdarovla əməkdaşlıba cəlb edən də məhz Vidadi Zeynalovun olduğu qeyd olunur. Belə ki, ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarov böyük maliyyə maxinasiyalarına görə Nadir Qarayevi həbs edib. Bundan sonra isə dövriyyəyə Vidadi Zeynalov girib Dostunu Akif Çovdarovun caynvqlarından qurtaran Vidadi Zeynalov onu Akif Çovdarovla əməkdaşlığa da sövq edib. Hər halda saytımıza məlumat verən mənbə bunları iddia edir.

Mənbə həmçinin onu da iddia edir ki, Vidadi Zeynalovun vasitəsi ilə keçmiş MTN genraliteti ilə dostlaşan Nadir Qarayev istər Akif Çovdarova, istərsə də şəxsən Eldar Mahmudova Maliyyə nazirliyi və həmçinin nazir Samir Şərifovla bağlı çoxlu sayda faktlar ötürüb.

Nadir Qarayevin ötürdüyü məlumatlar sayəsində isə MTN Maliyyə nazirliyində bəzi şəxsləri qısa müddətdə həbs ediblər və onlardan külli miqdarda pul alıblar. Saytımıza daxil olan məlumata görə 1 saylı Xəzinadarlıq İdarəsi rəisinin bu xəyanəti barədə Samir Şərifovu məlumatlandırıblar və bundan sonra nazir onun üstündən xətt çəkib. Nazirin bu qərarına etiraz etdikdən sonra isə Nadir Qarayevə qarşı yoxlama təşkil edilib və çox ciddi maliyyə yeyintiləri ortaya çıxıb. Ancaq nazir müavini Azər Bayramovun məsələyə müdaxiləsi nəticəsində Nadir Qarayevin cinayəti qabardılmayıb və o öz vəzifəsini qoruyub saxlaya bilib.

Haxırda isə Nadir Qarayevin Maliyyə naziri Samir Şəriflvdan həddəindən artıq narazı olduğu bildirilir. Bu əsasən onun Dövlət Xəzinədarlığı Agentliyinə rəhbər gedə bilməməsi ilə əlaqədardır.

Dövlət Xəzinədarlığı Agentliyinjən olan mənbəmizin məlumatına görə Nadir Qarayev öz çevrəsindəki məclislərdə Samir Şərifovdan narazılıq edərək yaxın aylarda onun nazir vəzifəsindən gedəcəyini və bundan sonra özünün Dövlət Xəzinadarlıq Agentliyinin baş direktoru olacağını ağız dolusu ilə danışır. 

Həmçinin mənbə bildirir ki, 1 saylı Xəzinadarlıq idarəsinin rəisi tez-tez Eldar Mahmudovun işdən azad olunmasını və Vidadi Zeynalovun həbs edilməsinə narazılığını açıq-aşkar dilinə gətirir. Nadir Qarayev deyir ki, əgər Eldar Mahmudovla Vidadi Zeynalov indi vəzifədə qalsaydı, mən ən azından Maliyyə nazirinin müavini idim. Hətta gələcəkdə nazir olmaq şansım var idi. İndi isə idarə rəisi yaxın çevrəsində Azər Bayramovun Maliyyə naziri olacağını, onu isə baş direktor təyin ediləcəyin deyir.

Mənbə qeyd edir ki, bu Nadir Qarayevin çox böyük naşükürlüyüdür. Çünki Samir Şərifov onun böyük xəyanətinə baxmayaraq, bu adamı vəzifədə saxlayıb. İstəsəydi Samir Şərifov Nadir Qarayevin həbs belə etdirə bilərdi" - deyə mənbə vurğulayıb".

Məlumat yayıldıqdan sonra təkzib olunmayıb. Nazirliyin mətbuat xidməti isə iddialarla bağlı açıqlama yaymayıb.