“Nar” Xırdalanda yeni mağaza açdı

“Nar” Xırdalanda yeni mağaza açdı

16-11-2017 15:35 / Bu xəbər 156 dəfə oxundu

"Nar” Xırdalanda yeni mağazasını təqdim edib

"Xırdalan şəhərindəki Heydər Əliyev prospekti 1A ünvanda yerləşən və yeni konseptə uyğun olaraq açılan "Nar” mağazası şəhər və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır. Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan mobil operator mağazada təqdim etdiyi müxtəlif təkliflərlə "Nar” istifadəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir", - mobil opratorun yaydığı açıqlamada deyilir. 

Məlumatda bildirilir ki, yeni mağazanın təqdimatı ilə əlaqədar olaraq, açılış günü "Nar” nömrələri 50%, satışa çıxarılıb, bütün smartfonlar isə 10% endirimlə mobil rabitə istifadəçilərinə təklif edilib. Əlavə olaraq, endirimli smartfon əldə etmiş hər bir müştəriyə "Nar” nömrə hədiyyə edilib.    

Hazırda ölkədə 4 "Nar” satış-xidmət mərkəzi və 76 "Nar” diler dükanı fəaliyyət göstərir.