Natiq Cəfərli: "2018-ci ildə ölkəyə idxal artıb"

Natiq Cəfərli:

08-01-2019 18:48 / Bu xəbər 1317 dəfə oxundu

"Azərbaycan adicə buğdasını belə əkib-becərə bilmir''

2018-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta hərraclarında 6 460,4 milyon dollar satıb. 

Bu, 2017-ci illə müqayisədə 2 862,3 milyon dollar və ya 79,55 faiz çoxdur.

İqtisadçı Natiq Cəfərli deyir ki, 2018-ci ildə valyutaya təlabat 2017-ci illə müqayisədə 80 faiz artıb: "Səbəbi də odur ki, dövlət büdcəsindən xərcləri, layihələrin sayı artıb. Büdcədən xərclənən hər manatın ən azı 30-40 faizi korrupsiyaya yem olur. Həmin vəsaitin tamamına yaxını isə dollara çevrilir".

İqtisadçı deyir ki, 2018-ci ildə ölkəyə idxal artıb. Bu, bir daha sübut edir ki, ölkədə qeyri-neft sektorunun inkişafı məsələsi nağıldı. Keçən ilin 11 ayının məlumatlarına görə, idxal 2017-ci ilin 11 ayı ilə müqayisədə 36,49 faiz artıb. 

Natiq Cəfərli də deyir ki, bütün istəqəmətlər üzrə idxalda artım var:

1) Ət - 63,5 milyon dollarlıq, 

2) Süd - 11 milyon dollarlıq, 

3) Kərə yağı - 62 milyon dollarlıq, 

4) Meyvə-tərəvəz - 144,5 milyon dollarlıq,

5) Çay - 45 milyon dollarlıq, 

6) Buğda - 187,5 milyon dollarlıq, 

7) Bitgi yağları - 120,3 milyon dollarlıq, 

8)Şəkər - 82,4 milyon dollarlıq, 

9) Plastik və onlardan hazırlanan məmulatlar - 331,7 milyon dollarlıq, 

10) Dərman - 266,8 milyon dollarlıq ölkəyə idxal olunub.

Natiq Cəfərli deyir ki, Azərbaycan xam nefti satıb. Həmin xam neftdən alınan plastik xaricdən idxal edir:

"Özü də 331,7 mln. dollar həcmində. Ya da, xaricdən 144,5 mln. dollarlıq meyvə-tərəvəz alırıq. Azərbaycan adicə buğdasını belə əkib-becərə bilmir. Keyfiyyətli məhsul alınmır, hər il buğdaya 200 mln. dollar xərcləyir. Buğda "iPhone" deyil, "Mercedes" deyil, kosmik gəmi deyil. 10 min ildi insan övladı buğdanı əkib-becərməyi öyrənib, amma bizdə hələ də alınmır".///Meydan.tv