NATO-da koronavirusa ilk yoluxma halı müşahidə edildi
09-03-2020 17:14 / Bu xəbər 925 dəfə oxundu
NATO-nun mənzil-qərargahında koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.
Bu barədə "Sabah” məlumat yayıb.
NATO-dan verilən açıqlamaya əsasən, Brüsseldə mənzil-qərargahda çalışan yüksək vəzifəli şəxslərdən biri koronavirusa yoluxub.
Məsələ ilə bağlı qərargahda işləyənlərin hamısı məlumatlandırılıb. Əməkdaşlar fəaliyyətlərini evdə davam etdirir.
Report.az