Navalnı saxlanılıb

Navalnı saxlanılıb

12-06-2017 18:15 / Bu xəbər 1624 dəfə oxundu

Bu gün, iyunun 12-də Rusiyada korrupsiya əleyhinə aksiyaların təşkilatçısı Aleksey Navalnı polis tərəfindən saxlanılıb.
 
Bu barədə onun həyat yoldaşı Yuliya Navalnaya "Twitter"də yazıb. 

"Aleksey evin qarşısında saxlanılıb. O, planların dəyişmədiyini çatdırmağı xahiş etdi. Aksiya Tverskaya küçəsində olacaq”, - deyə o qeyd edib.
 
A. Navalnının rəhbəri olduğu Korrupsiya ilə Mübarizə Fondunun ofisinə elektrik enerjisinin verilişi dayandırılıb.
 
Bu gün Rusiyanın paytaxtı Moskvada korrupsiyaya qarşı etiraz məqsədilə "xalq gəzintisi" keçirilir. 

Etiraz aksiyasının təşkilatçısı, müxalifətçi Aleksey Navalnı son anda tədbirin keçirildiyi məkanın akademik Saxarov prospektindən Tverskaya küçəsinə dəyişdirildiyini açıqlayıb. 

Tverskaya küçəsindəki etiraz aksiyası isə şəhər hakimiyyət orqanları ilə razılaşdırılmayıb.