Navalnıya hücum olub, bir gözü zədələnib

Navalnıya hücum olub, bir gözü zədələnib

05-05-2017 10:21 / Bu xəbər 1581 dəfə oxundu

Rusiya mediası mayın 4-də yazıb ki, Daxili İşlər Nazirliyinin Moskva idarəsi müxalifət lideri Aleksey Navalnıya hücumla bağlı cinayət işi başladıb. 

Hücumda Navalnının üzünə «zelyonka» atılıb və bir gözü zədələnib.

Cinayət işinin açılması xəbərini «Vedomosti» qəzeti yazıb və bildirib ki, polis daha bir neçə insidentə görə məsuliyyət daşıyanları axtarır. Belə ki, Navalnıdan öncə foto-bloger İlya Varlamov, «Yabloko» partiyasının fəalı Natalia Fedorova da oxşar hücumlara məruz qalıb.

«Vedomosti»nin yazdığına görə, Kreml bəzi tərəfdarlarına mesaj göndərmək istəyir ki, onların hərəkətləri müxalifətə yalnız kömək edir.

Navalnının vəkili istintaqdan xəbəri olmadığını, bu haqda mediadan oxuduğunu söyləyib.

Navalnıya aprelin 27-də hücum olunub. 

Bu həftənin əvvəlində o, Rusiya hüquq-mühafizə orqanlarına rəsmi şikayət göndərmişdi.