Naxçıvan şəhərinin icra başçısı dəyişdirildi

Naxçıvan şəhərinin icra başçısı dəyişdirildi

30-07-2018 19:27 / Bu xəbər 1913 dəfə oxundu

Keçmiş nazir Naxçıvan İcra Hakimiyyətinə rəhbərlik edəcək

Naxçıvan şəhərinə yeni icra hakimiyyəti başçısı təyin edilib. Prezident İlham Əliyev bununla bağlı iki sərəncam verib. Birinci sərəncamla Vüqar Səfərov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər sərəncamla isə Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Mirsənani Seyidov Naxçıvan MR-nın nəqliyyat naziri olub.