“Nazir adam göndərdi ki, Mehmanın səhifəsini ona sataq...”

“Nazir adam göndərdi ki, Mehmanın səhifəsini ona sataq...”

17-01-2017 01:27 / Bu xəbər 2434 dəfə oxundu

"Azərbaycanın aparıcı oliqarxları bir neçə dəfə "Sancaq Production”la bağlı bizə kommersiya təklifi vermişdilər. 2013-cü ilin sentyabr ayından 2016-cı ilin sonuna qədər bir neçə dəfə bu və ya digər şəkildə Azərbaycanın ən nüfuzlu məmurlarının adamları vasitəsilə bizə çıxmağa çalışıblar. Təklif ediblər ki, bunu bir media layihəsi olaraq bizdən satın alsınlar".

Arqument.Az xəbər verir ki, bu sözləri İsveçrədə yaşayan hüquq müdafiəçisi Emin Hüseynov qardaşı Mehman Hüseynovla bağlı Musavat.com-a verdiyi müsahibəsində deyib. 

O, təklif edilən məbləği də açıqlayıb:

"İlkin başlamışdı 120 min dollar. Son təklif 300 min dollar idi. Mən hər zaman bunu təbəssümlə qarşılamışam. Bir nazir elə bilirdi ki, bizi rəqibi olan nazir ona qarşı öyrədir. Adamını göndərirdi ki, bu səhifəni bizə satın. Biz də deyirdik ki, bu səhifə yaradıcı məhsuldur. Bizə bu pullar lazım deyil. Xüsusən də biz çalışmışıq ki, bir adamın üstünə yox, bütün məmurların üzərinə gedək. Bu məsələdə Mehmanın bir səhvi var ki, bəzən yersiz ifadələrə yol verir, özünü bu sözlərlə ucuzlaşdırır. İctimai fikrə yaraşmayan söyüş tərkibli sözlər işlədir. Amma cavandır, mən inanıram ki, yaşlandıqca bu üslubdan əl çəkəcək. Çünki səhifənin 300 min izləyicisindən ola bilər ki, 100 mini bu söyüşləri bəyənsin, amma qalan 200 mini bəyənməsin. Kiçik kəsimin gözündə qəhrəman ola bilərsən, amma qalanları sənin haqqında "ağzının danışığını bilmir” deyəcək. Biz heç kimin alətinə çevrilməmişik, bundan sonra da belə şey olmayacaq".