Nazir cəbhə xəttində tapşırıqlar verdi

Nazir cəbhə xəttində tapşırıqlar verdi

01-06-2018 14:12 / Bu xəbər 1818 dəfə oxundu

Mod.gov.az-ın 1 iyun məlumatına görə, müdafiə naziri Zakir Həsənov cəbhə xəttinin müxtəlif istiqamətlərində yerləşən ön xətt bölmələrinə baş çəkib. Nazir hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.

Hərbi birliklərin komandanlıqları ilə keçirilən müşavirələrdə müdafiə naziri Azərbaycan Ordusunun silahlanmasına yeni daxil edilən hərbi texnikanın müasir tələblərə tam cavab verdiyini vurğulayaraq müxtəlif silah növlərinin alınması prosesinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb. Düşmənlə qarşıdurma xəttindəki vəziyyəti dəyərləndirən nazir istənilən təxribatın qarşısının dərhal alınması ilə bağlı müvafiq göstərişləri şəxsi heyətə çatdırıb.