Nazirlik alıcılara xəbərdarlıq edir

Nazirlik alıcılara xəbərdarlıq edir

10-07-2017 15:46 / Bu xəbər 1926 dəfə oxundu

"İstehlakçılar ərzaq məhsulları alarkən saxlanma şəraitinə xüsusi diqqət yetirməlidi”.

Belə bir xəbərdarlıqla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti çıxış edib.

Dövlət qurumu istehlakçıları xəbərdar edir ki, temperatur rejiminə əməl olunmadıqda, açıq havada günəş altında saxlandıqda ərzaq məhsullarında orqanizm üçün təhlükəli mikroorqanizmlər artır.

Bundan başqa, Xidmət bildirir ki, ərzaq malları alarkən saxlanma şəraitinin məhsulun etiketində göstərilmiş məlumatlara uyğunluğuna, günəş şüalarının birbaşa təsirindən qorunmasına, ticarət obyektinin təmizliyinə və yaхşı havalandırmasına diqqət yetirsinlər.

İstehlakçılardan xahiş olunur ki, bu tələblərə əməl olunmayan ticarət obyektlərindən mal almasınlar, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat versinlər.