Nazirlik icra baçısının viran qoyduğu ərazilərdə yoxlamalara başladı

Nazirlik icra baçısının viran qoyduğu ərazilərdə yoxlamalara başladı

23-07-2018 15:10 / Bu xəbər 2188 dəfə oxundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nizami rayonu Qara Qarayev prospektində ağacların kəsilməsi faktı ilə bağlı araşdırmalara başlayıb.
 
Bu barədə BakuPost məlumat yayıb.

Belə ki, Qara Qarayev 30/42, Qara Qarayev 34/67 ünvanlarında ağacların qırıldığı əraziyə ETSN-in mütəxəssisləri gəliblər. 

Məlumata görə, nazirlik hazırda ərazidə araşdırma aparır, nəticələr barədə ətraflı məlumat veriləcək. 

Digər məlumata görə isə artıq Qara Qarayev 30/42, Qara Qarayev 34/67 ünvanlarında aparılan tikinti dayandırılıb.
  
Qeyd edək ki, bir neçə gündür, mətbuatda Nizami rayonunda ağacların qırılması ilə bağlı məlumatlar gedir. Xəbərlərdən birində "Laçın" Ticarət Mərkəzi ilə "8-ci km" bazarı arasında yolun kənarında yerləşən ərazidə ağacların qırılması, hasara alınaraq yerində milyonluq ticarət obyektlərinin tikilməsindən bəhs edilir.
 
Nizami rayonunun icra başçısı Arif Qasımov isə sözügedən ərazidə ağacların qırılması və yerində obyektlərin tikilməsi ilə bağlı xəbərə reaksiya verib. 

O, mətbuata açıqlamasında ağacların qırıldığı ərazidə ucaldılmış hasarların söküləcəyini deyib.