Nəciməddin Sadıqovu tənqid edən jurnalist azadlığa buraxıldı

Nəciməddin Sadıqovu tənqid edən jurnalist azadlığa buraxıldı

28-05-2019 16:53 / Bu xəbər 1126 dəfə oxundu

Ağdam Rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbs cəzası alan jurnalist Səxavət Məmməd azadlığa buraxılıb. 

Məlumatı jurnalistin çalışdığı qəzetin rəhbəri Aqil Ələsgər feysbuk hesabında paylaşıb.

Jurnalist 27 mayda Ağdam məhkəməsinin qərarı ilə 10 sutka həbs edilib. Həbsinə səbəb kimi aliment borcunu gecikdirməyi göstərilsə də, iddialara görə o, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıqov haqqında yazdığı yazılara görə həbs olunub. 

Belə ki, jurnalist bloqundakı yazılarında Nəcməddin Sadıqovun fəaliyyətini tənqid edib.

Səxavət Məmməd Ağdam Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

Məsələyə millət vəkili Aqil Abbasın müdaxiləsindən sonra apelyasiya şikayəti qəbul edilib. 

28 mayda Gəncə Apelyasiya Məhkəməsində şikayətinə baxıldıqdan sonra azadlığa buraxılıb.///toplum.tv