Nəsimi sakinləri: "Fədai İmanov yaşıllıqları məhv edir"

Nəsimi sakinləri:

27-05-2018 11:13 / Bu xəbər 5271 dəfə oxundu

"Onun rəhbərlik etdiyi "EFEM-2016” MTK, "YENİ EV-19” vergidən yayınıb, dövlətə külli miqdarda ziyan vurub"

Nəsimi rayon Həsən Seyidzadə 5 ünvanda yaşıllıqların qırıldığı iddia olunur. 

Bu barədə ərazidə yaşayan sakinlər azerbaycan.info-ya məlumat veriblər.

Onlar bildiriblər ki, Nəsimi rayon İcra Hakimiyyətinin keçmiş başçısı ilə əlbir olan Fədai İmanov son bir neçə il ərzində müxtəlif tikinti şirkətləri təsis edərək, bu ad altında ərazidə onlarla binalar inşa edib.

Onun apardığı tikinti ərazilərində demək olar ki, yaşıllıqlar kütləvi şəkildə qırılıb və bu hadisə ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olub. Sakinlər "yaşıl terroru"la bağlı müxtəlif instansiyalara, eyni zamanda KİV-nə müraciətlər ünlayıblar. Amma buna baxmayaraq, Fədai İmanovla bağlı heç bir tədbir görülmür. 

Sakinlərin göndərdiyi videoda tikinti aparılan ərazinin əvvəlki vəziyyəti görüntülənib. 

Videodan da görünür ki, su anbarı dağıdılır. 

Bu video isə tikintinin aparıldığı zaman çəkilib.

Sakinnlər deyiblər ki, Fədai İmanovun inşa etdiyi çox mərtəbəli yaşayış binasının tikintisində əməyin mühafizəsi və texniki təhlükəsizliyin norma və standartlarının ciddi şəkildə pozulduğu, iş şəraitinin işçilərin həyat və sağlamlığı üçün təhlükə doğurduğu, bədbəxt hadisələrin baş vermə riskinin qarşısının alınması üçün heç bir profilaktik tədbirlərin görülmədiyi barədə də məlumatlar verilib. 

Eyni zamanda işçilərin əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmadığı aşkar edilib: "Dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı şəhər icra hakimiyyətinin yaşıllaşdırma departamentinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və digər qurumların, hətta Prokurorluq orqanlarının onun fəaliyyətindəki əməllərində yer almış ciddi ittihamların olmasına baxmayaraq, əməllərini davam etdirir". 

Şikayətçilərin bildirdiyinə görə, F.İmanovun şirkətləri dəfələrlə vergidən yayınmaqda günahlandırılıb: "Özü və şirkətləri vergidən yayınmaqla dövlət büdcəsinə külli miqdarda ziyan vurub. Amma qanunsuz əməllərini ört-basdır etmək üçün Ramiz Mehdiyevin yaxınları ilə olan işbirliyinin olmasını bildirməklə bu əməllərindən sığortalanmağı bacarıb". 

Şikayərçilər tələb ediblər ki, DƏMX tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq həmin müəssisədə işlər burada aşkar olunan nöqsanlar aradan qaldırılanadək dayandırılması təmin edilsin. 

Onlar yaranmış durumla bağlı ölkə başçısı İlham Əliyevə də müraciət edəcəklərini deyiblər. 

Fədai İmanov isə mövzu ilə bağlı danışmaq istəməyib.