Nidaçı gənc həbs olundu

Nidaçı gənc həbs olundu

14-11-2017 18:26 / Bu xəbər 1681 dəfə oxundu

"NİDA-çı gənc Ümman Səfərov bu gün, noyabr  ayının 14-də səhər dərsə gedərkən mülki geyimli şəxslər tərəfindən  saxlanılıb".

Bu barədə NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Məsud Əsgər məlumat yayıb.

O bildirib ki, nidaçı gənc əvvəlcə 36-cı polis bölməsinə, daha sonra  Xətai  Rayon  Məhkəməsinə  aparılıb.

Məsud Əsgərin sözlərinə görə, Ümman Səfərovun həbsi  sırf NİDA-dakı  fəaliyyəti  ilə bağlıdır: "Ümmana  İnzibati  Xətalar Məcəlləsinin 535.1-polis işçisinin və ya  hərbi qulluqçunun  qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə 15 sutka həbs qərarı verilib. Hazırda Binəqədi Müvəqqəti Saxlanma Təxcridxanasına aparılıb. Onun həbsinə səbəb siyasi fəaliyyəti və sosial şəbəkədəki aktivliyidir". 

"Göründüyü kimi, NİDA Vətəndaş Hərəkatının üzvlərinə hakimiyyət tərəfindən təzyiq davam edir. NİDA İdarə Heyəti olaraq bütün hüquqi prosedurları həyata keçirəcəyik”, - M.Əsgər bildirib. 

M. Əsgər bildirib ki, gənc faəlın vəkili Fəxrəddin Mehdiyevdir və onun qanunsuz həbsindən məhkəməyə apelyasiya şikayəti veriləcək.