NİDA üzvünün "kars"a salındığı deyilir

NİDA üzvünün

12-10-2018 14:34 / Bu xəbər 1329 dəfə oxundu

14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın "kars"a salındığı deyilir.

Toplum.Tv xəbər verir ki, bu barədə NİDA-nın koordinatoru Samir Əsədli məlumat yayıb.

Onun sözlərinə görə, E. Qəhrəmana qarşı fiziki təzyiq olub.

S.Əsədli bildirib ki, Namiq Qocayevin 14 saylı Cəzaçəkmə Müəssisəsinə rəis təyin olunmasından sonra bu problemlər yaranıb: "Müəssisəyə Namiq Qocayev yeni rəis təyin olunub və gəldiyi gündən bloger Mehman Hüseynov və siyasi fəal Elgiz Qəhramana qarşı kobudluq edir, onların telefon danışıqlarına məhdudiyyət qoyub".

Elgiz Qəhrəman 2016-cı il avqustun 12-də saxlanılıb və həmin gün onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

O, 2017-ci ilin yanvarın 16-da 5,5 il müddətinə azadlıqdan məhrum edilib.

M.Hüseynov isə 2017-ci il, martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.
 
O, polisə böhtan atmaqda təqsirləndilir.

Pərvanə Qurbanlı