Nizami rayonu problemlər məngənəsində - Arif Qasımovun biznesi, yoxsa...

Nizami rayonu problemlər məngənəsində - Arif Qasımovun biznesi, yoxsa...

23-05-2016 12:58 / Bu xəbər 682 dəfə oxundu

Arif Qasımovun biznesi eyni sahədə fəaliyyət göstərən digər sahibkarların maraqlarına ciddi zərbələr vurur

Bakı şəhəri üzrə rayon icra hakimiyyəti strukturları arasında fəaliyyəti ilə yerli sakinləri daha çox narazı salan qurumlardan biri kimi Nizami Rayon İcra Hakimiyyətinin aparatı diqqəti cəlb edir. Təsadüfi deyil ki, 2015-ci ildən Nizami RİH-nə rəhbərlik edən Arif Qasımovun fəaliyyəti mütəmadi olaraq rayon skinlərinin təqdim etdikləri fakt və açıqlamalar əsasında ölkə mətbuatının səhiflərində ictimai müzakirələrə çıxarılmaqdadır. Bu xüsusda mətbuata daxil olan məlumatlarda son vaxtlar Nizami rayonu ərazisində qnunsuz tikililərin inşasının böyük vüsət aldığı, rayon rəhbərliyinin bu kimi məsələlərdə yol verdiyi ciddi qanun pozuntularının sakinlərin hüquq və imtiyazlarına xələl gətirdiyi və bütün bunların da rayonda gərginliyin yaranmasına səbəb olduğu bildirilir. Qeyd edək ki, bu vəziyyət daxil olan məlumatlarda da bir çox konkret faktlarla təsdiq edilir. 

Əldə etdiyimiz məlumatlarda Nizami rayon rəhbərliyinin yol verdiyi qanunsuz əməllərdən və məhz bu səbəbdən rayon ərazisində yaranmış hərc-mərclikdən bəhs olunur. Bu gün də aldığımız məlumatlarda vurğulanır ki, Nizami rayonu istər əhalisinin üzləşməli olduğu müxtəlif məişət problemlərinin çoxluğu, istər küçə və yolların bərbad vəziyyəti, istərsə də qanunsuz fəaliyyət göstərən ticarət və iaşə obyektlərinin bolluğu ilə şəhərin digər rayonları arasında xüsusilə seçilir. Məlumatlarda qeyd olunur ki, Arif Qasımov bu gün Nizami rayonunda da son dörd il ərzində rəhbərlik etdiyi Siyəzən rayonunda üstünlük verdiyi iş üsullarını tətbiq etməkdədir. Bu üsullar isə, məlum olduğu kimi hər zaman daha çox mənfi cəhətləri ilə diqqətləri cəlb etmiş olub. Məsələn, bu barədə danışarkən ilk növbədə Arif Qasımovun Siyəzəndə özü üçün yaratdığı heyvandarlıq təsərrüfatının yerli sakinlərin maraqlarına necə güclü zərbə vurduğunu qeyd etmək olar. 

Belə ki, bizimdovr.az-a daxil olan məlumata görə, Arif Qasımov rayona rəhbərlik etdiyi dövrdə burada bir neçə böyük ferma inşa etdirib. Bu fermaları saхlamaq üçün də təbii ki, əkin və otlaq sahələrinə ehtiyac yaranıb. Başçı isə, bu ehtiyacı ödəmək üçün fermerlərə uzun müddətə icarəyə verilmiş bələdiyyə torpaqlarını sözün əsil mənasında zəbt edib. Mənbələr bildirirlər ki, həmin ərazilər indi də Arif Qasımovun fermalarına хidmət edir. Digər tərəfdən isə, mənbələr iddia edirlər ki, Arif Qasımovun biznes şəbəkəsi sadəcə yalnız Siyəzən rayonunu əhatə etmir. Bildirilir ki, bu məmurun həmçinin əvvəllər bələdiyyə sədri işlədiyi, indi isə artıq RİH başçısı kimi rəhbərlik etdiyi Nizami rayonunda, eləcə də bir vaxtlar Binəqədi rayonu icra başçısının nümayəndəsi olduğu Biləcəri qəsəbəsində bir neçə ticarət obyekti fəaliyyət göstərir. Bundan başqa isə, Arif Qasımovun sahibi olduğu inşaat şirkəti də hazırda Bakının müxtəlif ərazilərində tikinti işləri aparır.

Dövlət məmurlarının eyni zamanda biznes fəaliyyətilə də məşğul olmaları hər zaman ictimaiyyətin diqqətini cəlb edən müzakirə mövzularından olub. Ölkədə cərəyan edən son hadisələrin fonunda isə, bu mövzuya maraq bir qədər də artıb. Bu fəaliyyətin ölkə qanunları ilə ziddiyyət yaratmasına rəğmən, bu günə qədər Azərbaycanda yüksək çinli məmurların nəinki müxtəlif sahələrdə biznes şəbəkələri yaratmaqları, hətta bu və ya digər sahəni inhisara almaları belə az qala normal bir hala çevrilib. Xüsusilə də rayon icra hakimiyyəti orqanlarına rəhbərlik edən şəxslərin hər hansı biznes sahəsinə maraq göstərmələri həm dövlətin, həm də eyni sahədə fəaliyyət göstərən digər sahibkarların maraqlarına ciddi zərbələr vurur. Belə ki, öz biznesini inkişaf etdirmək məqsədilə icra başçısı əlində olan bütün imkanlardan istifadə edərək digər sahibkarları sıxışdırmağa başlayır. Nəticədə isə, qeyri-sağlam rəqabət mühitində işləmək iqtidarında olmayan sahibkarlar öz fəaliyyətlərini dayandırmalı olurlar. Bu gün paytaxtın Nizami rayonunda cərəyan edən proseslər də bütün bu deyilənləri tam olaraq təsdiq edir.///xalqaxeber.az

Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.

Arqument.Az