nümayəndələri məhbus jurnalistlər və Gözəl Bayramlı ilə görüşüblər

nümayəndələri məhbus jurnalistlər və Gözəl Bayramlı ilə görüşüblər

07-09-2017 16:09 / Bu xəbər 1083 dəfə oxundu

''Bəziləri barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər''

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Məqsəd müəssisədə rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, həbs olunan şəxslərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Report.az yazır ki, müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə bir çox şəxslər fərdi qəbul edilib, o cümlədən Mehman Əliyev, Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov da konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb.

Adları çəkilən şəxslərin müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyiblər:

"Bəziləri barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər. Hər bir şəxsə qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, hüquqları və müvafiq qanunvericiliyin tələbləri izah edilib, ombudsmana ünvanlanan ərizələr qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib. Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla həyata keçirilən işlər çərçivəsində saxlanma şəraitinin daha da təkmilləşdirilməsi və hüquqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib".

Başçəkmənin nəticəsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.