Nobel Sülh mükafatı prezidentə verildi

Nobel Sülh mükafatı prezidentə verildi

07-10-2016 15:45 / Bu xəbər 1622 dəfə oxundu

2016-cı il üçün Nobel Sülh mükafatının sahibi açıqlanıb.
 
APA-nın məlumatına görə, mükafata Kolumbiya prezidenti Xuan Manuel Santos layiq görülüb.
 
O, Kolumbiya İnqilabi Silahlı Qüvvələri ilə hökumət arasında sülh əldə olunmasına görə Nobel Sülh mükafatına layiq bilinib. 

Tərəflər arasında sülh müqaviləsi bu il sentyabrın 26-da imzalanıb.
 
Qeyd edək ki, ölkədə vətəndaş müharibəsi 50 ildən artıq davam edib. 220 min nəfər 1964-cü ildən başlayan müharibənin qurbanı olub.