“Normand dördlüyü” liderlərinin görüşü başa çatdı

“Normand dördlüyü” liderlərinin görüşü başa çatdı

20-10-2016 01:16 / Bu xəbər 1362 dəfə oxundu

Berlində "Normand dördlüyü” liderlərinin görüşü başa çatıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlar 5 saatdan çox davam edib.
 
Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Anqela Merkel, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko arasında görüş "bağlı qapılar” arxasında keçirilib.
 
Qeyd edək ki, "Normand dördlüyü"nün Ukraynada münaqişənin nizamlanması üzrə ilk görüşü 2014-cü ilin iyununda Fransada baş tutub. 17 saat davam edən ikinci görüş 2015-ci ilin fevralında Minskdə, həmin ilin oktyabrında baş tutan üçüncü görüş isə Parisdə keçirilib.