Norveçin Bakıdakı səfirliyi bağlanacaq

Norveçin Bakıdakı səfirliyi bağlanacaq

10-11-2018 12:34 / Bu xəbər 2646 dəfə oxundu


Məlumatı Norveçin Xarici İşlər Nazirliyi yayıb. 

Nazir İne Eriksen Soreyde bildirib ki, Oslo 2019-cu ildə Gürcüstanın paytaxtı Tbilisidə səfirliyini açmağı planlayır.

"Norveçin Bakıdakı səfirliyi də eyni vaxtda bağlanacaq, Azərbaycan isə Norveçin Ankara şəhərindəki nümayəndəliyindən örtülüdür", - nazir vurğulayıb.

İ.Soreyde qərarın "Norveç maraqlarının və Cənubi Qafqazdakı ölkələrlə əlaqələrimizin ümumi qiymətləndirilməsi əsasında" verildiyini söyləyib.

"Gürcüstan Avrasiya regionunda prioritet tərəfdaş ölkələrdən biridir. Uzun illərdir Avropa və Avro-Atlantik əməkdaşlıq strukturlarına yaxınlaşdıran islahatların gedişatını izləyir", - deyə nazir qeyd edib.

Norveçin Azərbaycandakı səfirliyi 1998-ci ildən fəaliyyət göstərir və Gürcüstanda da akkreditə olunub.

Bakıdakı səfirliyin bağlanması qərarının səbəbləri hələlik açıqlanmır.

Pərvanə Qurbanlı