Nuşirəvan Məhərrəmli: "ANS televiziyası ilə bağlı məsələ bitib"

Nuşirəvan Məhərrəmli:

07-05-2019 12:27 / Bu xəbər 745 dəfə oxundu

"Baş Prokurorluğun məlumatının ANS televiziyasının fəaliyyətinin bərpası ilə bağlı yayılan məlumatlara heç bir aidiyyəti yoxdur".

Bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, ANS haqqında sosial şəbəkələrdə məlumatların yayımlanması bu televiziyanın yenidən açılması məsələsinin gündəmdə olması anlamına gəlmir: 

"Məlumatlar sosial şəbəkədə yayılırsa, bu o demək deyil ki, bu məsələ gündəmdədir. Bakı Apelyasiya Məhkəməsi ANS televiziyası ilə bağlı qərarını verib və televiziyanın fəaliyyətinə xitam verilib. Bununla da ANS televiziyası ilə bağlı məsələ bitib".

Report.az