Oqtay Gülalıyev Baş Cinayət Axtarışı İdarəsinə çağırılıb

Oqtay Gülalıyev Baş Cinayət Axtarışı İdarəsinə çağırılıb

06-05-2019 18:02 / Bu xəbər 845 dəfə oxundu

"Gəncə işində ortaya çıxartdığımız işgəncə faktları hakimiyyəti narahat edir"

Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) koordinatoru Oqtay Gülalıyev mayın 6-da Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində olub.

Bu barədə Oqtay Gülalıyev özü Meydan TV-yə danışıb.

Oqtay Gülalıyev deyib ki, onu idarənin rəisi Arzu Daşdəmirov qəbul edib: "Əsas narahatlıqları "Facebook”da işgəncə və repressiya haqda yazdıqlarım ilə bağlıdır. Xüsusən Gəncə hadisərində həbs olunanlar barədə yazdıqlarım nazirliyin rəhbərliyində narahatlıq doğurub və bunu açıq dedilər. Təbii ki, Gəncə işində ortaya çıxartdığımız işgəncə faktları hakimiyyəti və güc strukturlarını narahat edir. Arzu Daşdəmirovla müzakirəmizdə Gəncədə həbs olunan 98 nəfərin valideynlərinin müraciəti və yazdıqlarım var idi. Bildirdim ki, 98 nəfər valideynin müraciəti araşdırılsın və qiymət verilsin”.

Oqtay Gülalıyev hesab edir ki, o, qanunu pozmur, məsələləri də qanun çərçivəsində gündəmə gətirir.